Ursula fon der Lyayen: "Azərbaycan etibarlı enerji təchizatçılarından biridir"
“Aİ etibarlı enerji təchizatçılarına müraciət edir. Azərbaycan da onlardan biridir”.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen ilə görüşün yekunlarına əsasən bildirib.
“Bugünkü razılaşma ilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan Aİ-yə qaz tədarükünün ikiqat artırılması öhdəliyi götürürük. Bu, qış və ondan sonrakı dövr üçün qaz təchizatımızla bağlı yaxşı xəbərdir”, - paylaşımda bildirilib.
Ursula fon der Lyayen bildirib ki, imzalanan Anlaşma Memorandumu Aİ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək.
“Azərbaycan bərpa olunan enerji sahəsində çox böyük potensiala malikdir. Bu gün biz bu sahədə yeni tərəfdaşlığın əsasını qoyuruq və bütün qaz təchizatı zənciri boyunca metan emissiyalarını azaltmağı öhdəmizə götürürük”, deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb.
“İqtisadi əlaqələrimizi gücləndirək, insanları bir-birinə daha da yaxınlaşdıraq. Əlaqəlilik burada həlledici olacaq. Aİ Azərbaycanla işləmək, Mərkəzi Asiya və onun hüdudlarından kənarda əlaqələr qurmaq istəyir”, deyə AK prezindeti qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay