AB Ukraynaya görə Rusiyanın 13,8 milyard avro aktivini dondurdu
Avropa Birliyi Moskvanın Ukraynaya qarşı müharibəsinə görə indiyədək 13,8 milyard avro dəyərində rus aktivlərini dondurub.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Birliyi rəsmisi bildirib.
Avropa İttifaqının yüksək ədliyyə rəsmisi çərşənbə axşamı bildirib ki, AB Moskvanın Ukraynaya qarşı müharibəsinə görə sanksiyaya məruz qalan rus oliqarxları, digər fiziki və hüquqi şəxslərə məxsus olan 13,8 milyard avro dəyərində aktivləri dondurub.
Avropa rəsmisi aktivlərin əksəriyyətinin dondurulmasının yalnız AB-nin 27 üzv dövlətindən beşindən gəldiyini bildirib və digər ölkələri də eyni addım atmağa çağırıb. Hazırda blok 98 qurum və 1160-a yaxın şəxsi Rusiyanın Ukraynadakı roluna görə qara siyahıya salıb.
"Hazırda oliqarxlardan və digər qurumlardan gələn 13,8 milyard avro dəyərində vəsaiti dondurmuşuq, bu, olduqca böyükdür. Ancaq bunun çox böyük bir hissəsi, 12 milyarddan çoxu beş üzv ölkədən gəlir, ona görə də biz başqalarını da eyni şeyi etməyə inandırmağa davam etməliyik",- AB-nin ədliyyə komissarı Didier Reynders deyib.
O, beş ölkənin adını açıqlamayıb.
Bildirilir ki, dondurulan pullar Ukrayna xalqı üçün yaradılan fonda veriləcək.
Reynders AB daxilində yaydan sonra sanksiyaların pozulmasını və ya onlardan yayınmanı cinayət hesab edəcək yeni hüquqi sənədlə bağlı yekun siyasi razılaşma gözlədiyini deyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay