Rabitəbank önəmli maliyyə institutundan böyük məbləğdə kredit cəlb edib (R)
İyunun 24-də Azərbaycanın sədrliyi ilə Four Seasons oteldə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 24-cü illik toplantısı keçirilmişdir.
“Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda “Rabitəbank” ASC və QDTİB arasında kredit müqaviləsi imzalanmışdır.
Memorandum çərçivəsində QDTİB-dən Rabitəbank-a 36 ay müddətinə 10 milyon ABŞ dolları dəyərində kredit xətti cəlb edilmişdir.
Rabitəbank-ın İdarə Heyətinin Sədri Dr. Aydın Hüseynov bildirib ki, “Qara Dəniz Ticarət və İnkişaf Bankı” (QDTİB) arasında anlaşmamızın uğurlu və davamlı olacağına inanırıq. Tərəfdaşımız tərəfindən ayrılan 10 milyon dollar maliyyə dəstəyi, kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirilməsi, qeyri-neft sektorunun davamlı inkişafı yolunda biznes mühitinin yaxşılaşdırılması, eləcə də idxal və ixrac əməliyyatlarının maliyyələşməsi üçün kifayət qədər imkanlar yaradacaq”.
QDTİB-in prezidenti Dmitri Pankin Bakıda keçirilən QDTİB Biznes Forumunda imzalanmış sazişi şərh edərkən deyib: “KOB-lar Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda artımın əsas mənbəyini təşkil edir. İqtisadiyyatın bu mühüm seqmentinin inkişafına dəstəyimizi genişləndirmək və kiçik biznesə məşğulluq yaratmaq, ixrac potensialında rəqabət qabiliyyətini artırmaq və digər yollarla ölkədə iqtisadi artımı dəstəkləmək üçün Rabitəbank ilə bir araya gəlməkdən məmnunuq”.
Qeyd edək ki, hazırda QDTİB-in elan olunmuş kapitalı 3,45 milyard avro, abunə olunmuş kapitalı 2,289 milyard avro, ödənilmiş kapitalı isə 0,687 milyard avrodur.
Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay