Səhiyyə
15.06.2022 / 17:27
Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alındı
22488
Gürcüstanda meymunçiçəyi virusuna ilk yoluxma halı təsdiqlənib.
Valyuta.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bildirilib ki, yoluxan şəxs xəstəliyi mülayim keçirib və müvafiq müalicədən sonra səhiyyə müəssisəsindən evə buraxılıb. Onun Avropaya səyahət tarixçəsi olduğu, əlaqələrinin monitorinqinin aparıldığı, lakin əlavə yoluxma halı aşkarlanmadığı açıqlanıb.
Milli Mərkəz meymunçiçəyinə yoluxma ilə bağlı bütün şübhəli hallar üzrə araşdırmaları davam etdirəcəyini açıqlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay