BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
22165

Tarixin ən zəngin insanları kimlərdir? Onları zənginlərin ən zəngini də adlandırmaq olar.

Valyuta.az lent.az-a istinadən həmin həmin zənginləri təqdim edir.
 
10. Kornelius “Komandir” Vanderbilt

O, ABŞ tarixinin ən zəngin ailələrindən birinə başçılıq edib.

185 milyard dollardan çox sərvətə sahib olub. Sərvətinin mənbələri dəmir yolu sənayesinə, nəqliyyat şirkətlərinə investisiyalar  idi.

9. Henri Ford

Bu məşhur ixtiraçı avtomobili ilk dəfə icad edən şəxs deyildi, lakin onu demək olar ki, hər bir amerikalıya təqdim edən Ford idi.

O vaxtlar bazarda ən sərfəli maşınlar bunlar idi. Henri Fordun vəfat etdiyi zaman sərvəti təxminən 199 milyard dollar idi.

8. Müəmmar Qəddafi

Qırx ildən artıq hakimiyyətdə olduğu Liviyanın məşhur diktatoru öldüyü zaman 200 milyard dollarlıq sərvətə sahib idi.

Onun şəxsi Airbus A340 M təyyarəsi və 333 metrlik nəhəng yaxtası var idi.

7.  I Vilhelm Fateh

Normandiya hersoqu və qədim vikinqlərin nəsli haqlı olaraq siyahıda 7-ci yeri tutur. O, ölümünə qədər 20 ildən çox taxtda sahib olub.

Onun sərvətinin mənbəyi başqa dövlətlərin zəbt edilməsi nəticəsində əldə edilən xəzinələr idi. I Vilyam 1087-ci ildə vəfat edərək oğullarına 230 milyard dollarlıq sərvət qoyub.

6. Osman Əli Xan

Altıncı yerdə Heydərabad Knyazlığının hökmdarıdır. Onun hakimiyyəti dövründə Osman ən varlı adam idi.

Onun xəzinəsində 100 milyon dollar dəyərində qızıl, 500 milyon dollar dəyərində digər zinət əşyaları və parkında ən son “Rolls-Royce” avtomobilləri var idi.

5. II Nikolay

Rusiya imperiyasının sonuncu imperatoru 20 ildən çox hakimiyyətdə olub.

İnanmaq çətindir, lakin onun sərvəti təxminən 300 milyard dollar idi, bura müxtəlif xəzinələr, qızıl-zinət əşyaları, məşhur “Ştandart” yaxtası da daxil olmaqla kifayət qədər böyük donanma daxildir.

4. Endryu Karneqi

Məşhur polad maqnatı. O, adi teleqrafçı işinə başlayıb və görünməmiş zirvələrə yüksəlib.

Bu gün onun sərvəti təxminən 310 milyard dollar qiymətləndirilir.

3. Con Devison Rokfeller

Adı artıq böyük sərvətlərin mənasını verən bir şəxsdir.Rokfeller neft sahəsində mütləq lider idi.

Məhz o, bəşəriyyət tarixində ilk rəsmi dollar milyarderi olub və 340 milyard dollarlıq sərvətə sahib idi.

2. Rotşildlər ailəsi

Bu məşhur varlı ailə 1760-cı illərdə fəaliyyətə başlayıb və o vaxtdan bəri dünyanın ən zəngin ailəsi olub.

Onların ümumi sərvəti 350 milyard dollardır, lakin təsdiqlənməmiş məlumatlara görə, müxtəlif aktivlərdə 1 trilyon dollardan çoxdur.

1. Mansa Musa

Bütün dövrlərin ən zəngin adamı 14-cü əsrdə Malinin lideri olub. Mansa Musa var-dövlətini duz, qızıl və qiymətli daşlar istehsalı hesabına qazanıb.

O, dünyanın yarıdan çoxunu metalla təmin edirdi. Bugünkü iqtisadiyyatı nəzərə alsaq, onun sərvəti 400 milyard dollardan çox olardı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünya təcrübəsinin tətbiq olunduğu Aqropark – Ağsu Aqroparkı

Bakıda işləyənlər 1 332 manat əməkhaqqı alır - RƏSMİ

Bakıda işləyənlər 1 332 manat əməkhaqqı alır - RƏSMİ

Sığorta daxilolmaları artıb - İşsizlikdə 14%-lik yüksəliş

Kompüter təmiri ilə məşğul olan sahibkar nə qədər vergi və sosial ödənişlər etməlidir?

Yumurta ixracının artması Türkiyədə qiyməti 2 dəfə bahalaşdırıb

Qarabağ bölgəsində 150 ​​min yeni iş yeri açılacaq

Sabiq nazir müavininə Naxçıvanda yüksək vəzifə verildi

Kokosu bu ölkədən alırıq - 1 kiloqramını 3 manatdan

Ölkədə ilk smart televizor istehsal ediləcək

“Bank VTB Azərbaycan”ın rəhbərlərindən biri bankdan ayrılır

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

“Microsoft” tədris proqramını istifadəyə verib - İstənilən şəxs pulsuz iştirak edə biləcək

Yeni rüsum müəyyənləşdi - 100 manat tutulacaq

Paytaxtın bu ərazisində su olmayacaq

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Restoran və şadlıq saraylarının sahiblərinə xəbərdarlıq

Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın®

2 bal və 60 manat cərimə - DYP xəbərdarlıq etdi

Gömrük Komitəsində əməliyyat - Vəzifəli şəxslər həbs edildi

Birləşdirilən institutlarda ixtisarlar olacaq? - Nazirdən CAVAB

Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq

İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

DİM imtahanları yoxlayan markerlərə 1 milyon manat əməkhaqqı ödəyib

Tramp Çini hədələdi: “Əgər gömrük rüsumunu geri çəkməsə...”

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

Azərbaycandakı gizli qumar dünyası necə işləyir?

Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Onların pensiya yaşı 20 ilədək azaldılır - DSMF açıqladı

3 milyonluq MMC bir ili tamam olmadan ləğv olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin