Azərbaycanda büdcə xərcləri artıb
2022-ci ilin I rübündə dövlət büdcəsinin xərcləri 5629.5 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.9% çoxdur
"APA-Economics" Azərbaycan Mərkəzi Bankının "Pul siyasəti icmalı"na istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-mart aylarında dövlət xərcləri daxili tələbin dəstəklənməsində əhəmiyyətli rol oynayıb.
Cari ilin I rübündə sosial yönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 49.3%-ni təşkil etməklə 2774 milyon manat məbləğində icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 122.4 milyon manat və ya 4.6 % çoxdur.
Əsas kapitala yönəldilmiş investisiyaların 68.7%-i daxili mənbələr, 31.3%-i isə xarici mənbələr hesabına formalaşıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay