Dünya
15.05.2022 / 12:01
Abramoviçin 10 milyon avroluq malikanəsinə həbs qoyuldu
21836
Rusiyalı milyarder Roman Abramoviçin Portuqaliyanın cənubunda yerləşən Alqarve bölgəsindəki 10 milyon avroluq malikanəsinə həbs qoyulub.
Valyuta.az xəbər verir ki, bu barədə “Publico” qəzeti yazır.
Məlumata görə, Abramoviçin investisiya holdinqinə məxsus “Millhouse Views” MMC bu əmlakı satmağa cəhd etsə də, Portuqaliyanın "Caixa Geral de Depositos" bankı bu barədə ölkə polisinə məlumat verib.
Qeyd olunur ki, martın 25-dən R.Abramoviçin əmlakına həbs Xarici İşlər Nazirliyinin tələbi ilə qoyulub.
Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar Roman Abramoviç, o cümlədən onun "Çelsi" klubu Avropa İttifaqı və Böyük Britaniyanın sərt sanksiyalarına məruz qalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay