BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
21824

Mənzil almaq istəyən bir qrup vətəndaş özünü informasiya texnologiyaları mütəxəssisi kimi təqdim edən şəxs tərəfindən aldadıldıqlarını bildirir.

Bununla bağlı “Qafqazinfo”ya müraciət edən həmin şəxslər Mahir Rəsulov adlı mütəxəssisin müxtəlif vədlər verərək 30-a yaxın vətəndaşın pullarını ələ keçirdiyini deyirlər. Vətəndaşların sözlərinə görə, Mahir Rəsulov tərəfindən idarə olunan və qabaqcadan əlbir olan mütəşəkkil cinayətkar qruplaşma vətəndaşlara, o cümlədən şəhid ailəsinə və hərbçilərə güzəştli şərtlərlə mənzil ala biləcəyini vəd edib.

Özünü İT şirkətinin rəhbəri kimi təqdim edən Rəsulov vətəndaşları əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikdiyi binalardan asanlıqla mənzil ala biləcəyinə inandırıb: “Mahir Rəsulovun dostu Rəfael adlı şəxs özünü vəzifəli şəxsin qohumu kimi təqdim edərək Mahirlə birlikdə insanları aldadıb. Təxminən 30 nəfərdən çox adamın 300 min manata qədər pulunu mənimsəyiblər.

Bu işdə pulların bir çox qismi Mahirin anası Rəsulova Şərafət Böyükağa qızının kartına göndərilib. Bunlardan əlavə özünü Mahirin dostu kimi təqdim edən Kadir Çezik adlı Türkiyə vətəndaşı da bir neçə nəfərdən sosial evlərin qazanılması üçün Mahirin adından pul alıb. Mahir pul aldığı şəxslərə bu il martın 30-a MİDA-dan mənzil udaraq onlara verəcəyini vəd edib. Bu iş alınmadıqda Mahir pul aldığı şəxslərə aprelin sonuna kimi pulları qaytaracağını bildirib. Amma daha sonra Türkiyəyə qaçmaq istəyib”.

Çoxsaylı şikayətlər nəticəsində M.Rəsulov saxlanılaraq istintaqa cəlb edilib. Vətəndaşlar həmin şəxsin maddi zərər vurduğu insanların siyahısını da hazırlayıb. Onların tərtib etdiyi cədvəldə iddia olunur ki, tutulan şəxs vətəndaşlara 155 700 manat ziyan vurub.

Qeyd edək ki, adının anonim qalmasını istəyən bəzi şikayətçilər siyahıda özünü təqdim etməyib. Şikayətçilər hüquq-mühafizə orqanlarından hər hansı şikayətləri olmadığını, sadəcə olaraq pullarının geri qaytarılmasını istədiklərini bildiriblər.

Məlumata görə, 2000-ci il təvəllüdlü Mahir Rəsulov barəsində vətəndaşın etibarından sui istifadə etməklə 25 450 manat pulunu almasında dələduzluq əməlinin tərkibi olduğuna görə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir. Məhkəmə M.Rəsulov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Onun digər dələduzluq əməlləri də olduğu istisna edilmir.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

"Bakcell"in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşdü (FOTO)

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb

20 min manata qədər alına biləcək etibarlı avtomobillər

Bu xəbər neft və qızılı bahalaşdırdı

Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - Foto/Video

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ronaldo "Yuventus"u məğlub etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin