Son sutkada 4 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 655 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 883 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 63 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 915, bu günə qədər isə ümumilikdə 6 845 234 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 3799 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 421, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 398, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2679, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 301 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 678 248, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 342 858, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 843 153, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 249 884, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 242 353 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay