Bank
26.04.2022 / 11:31
Tahir Kərimli kredit borclarının silinməsini təklif edib
21495
“Bank borcları, faizləri bu gün əsas problemdir. Azərbaycanda elə ailə tapmaq olmaz ki, faizlər onları əzməsin”.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
Deputat bildirib ki, yoxsul ölkələrdə, o cümlədən Azərbaycanda da kredit faizləri yüksəkdir: “Camaat qazandığının hamısını borca verir. Biz Milli Bankın İdarə Heyətinə yeni sədr təyin etdik. Ondan xahiş edirəm ki, biz kredit faizlərinə 5-6% limit qoyaq, faizləri, borcları silək. Xalqımızı əzən borc sistemi haqqında yeni rəhbərlik qərar qəbul etsin”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay