BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.9214
  • RUB
    2.0753
  • TRY
    0.0442
  • GBP
    2.26
21471

İsrailin Maliyyə naziri Aviqdor Liberman öz departamentinin yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə bu gün Azərbaycana səfər edəcək.

Bu barədə Qaynarinfo “Ynet” xəbər agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, səfər çərçivəsində Aviqdor Liberman Azərbaycan rəsmiləri ilə İsrailə neft, karbamid və buğda idxalını müzakirə edəcək.

"Rusiya ilə Ukrayna arasında gedən müharibə fonunda və dövlət iqtisadiyyatı üçün ən vacib xammal çatışmazlığının qarşısını almaq üçün İsrail yaxın günlərdə neft və buğda da daxil olmaqla bəzi əsas xammalların idxalının mənşə ölkəsini əvəz etmək niyyətindədir. Bu həftə sonu Maliyyə Nazirliyində və digər dövlət məmurları arasında keçirilən məsləhətləşmələrdə məhsulları Rusiya və Ukraynadan idxal etmək əvəzinə, ticarəti son vaxtlar inkişaf edən və İsrailə dost müsəlman ölkəsi olan Azərbaycandan idxal edilməsi qərara alınıb", deyə sayt yazır.

“Ynet”in məlumatında bildirilir ki, səfər zamanı üç əsas məsələ diqqət mərkəzində olacaq. Bunlardan biri Azərbaycandan İsrailə idxal olunan neftin miqdarı ilə bağlıdır. Rusiya indiyədək İsrailin əsas neft tədarükçüsü olub, lakin müharibə səbəbindən bu sahədə çətinliklər yaranıb. Maliyyə naziri Bakıda hökumət nümayəndələri ilə görüşlərində Azərbaycanın bu əsas idxal məsələsində İsrail üçün dərhal alternativ rol oynamasını təmin etməyə çalışacaq.

İsrail həmçinin Azərbaycandan dizel avtomobilləri üçün xüsusi yanacaq əlavəsi olan karbamid almağa çalışacaq. Bu yanacaq növü İsraildə minlərlə yük maşını və avtobus tərəfindən istifadə olunur. Onun çatışmazlığı tezliklə ölkədə nəqliyyat sahəsinə ziyan vura bilər. 

İsrailin indi Bakıdan idxal etməyə çalışacağı digər əsas və mühüm idxal buğdadır. Çünki Rusiya və Ukrayna indiyədək İsrailə buğda tədarükünün təxminən 30%-ni təmin edib. Müharibə səbəbindən isə idxal dayanıb.

Xammalın idxalını tənzimləmək və milyardlarla şekellik müqavilələrin tezliklə imzalanmasına imkan yaratmaq üçün Maliyyə Nazirliyində energetika və kənd təsərrüfatı ilə məşğul olan peşəkar orqanlar Aviqdor Libermanla birlikdə buğda və neft almaq üçün Azərbaycana səfər edəcək

"Məlum olduğu kimi, son iki ayda Rusiya və Ukraynadan ixracın tamamilə dayandırılması səbəbindən Azərbaycan hazırda neft, qaz və buğda ixracı sahələrində xüsusilə tələbatlıdır. İsrail artıq Azərbaycanla neft və buğda tədarükü ilə bağlı müqavilələr imzalayan bir çox Avropa ölkələri ilə paralel olaraq, bu ölkədən idxal razılaşmaları imzalamağa tələsir. Maliyyə Nazirliyinin baş iqtisadçısı Şira Qrinberqin ötən həftə nazir Libermana Rusiya və Ukrayna üçün alternativ mənbə tapılmadığı təqdirdə İsraildə qıtlığın yaranacağını deyib və bu xammalları Azərbaycandan almağı tövsiyə edib", deyə “Ynet” yazır.

Saytın məlumatına görə, Azərbaycanda kənd təsərrüfatı və turizm sənayesinin inkişaf etməsini nəzərə alaraq, İsrailin Turizm naziri Yoel Razbozov və Kənd Təsərrüfatı naziri Oded Forerin də yaxın vaxtlarda Bakıya səfəri gözlənilir.

Sonda “Ynet” qeyd edir ki, Azərbaycan İrana yaxın və müsəlman ölkəsi olmasına baxmayaraq, son illər İsrailin yaxın dostu hesab olunur. İsrail və Azərbaycan arasında son illərdə geniş ticarət, əsasən də geniş ixrac əlaqələri yaranıb .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Satışa çıxarılan 8 milyonluq villa kimindir? (YENİLƏNİR)

Xəzərdə külək enerjisi: strateji layihə nələr vəd edir?

Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi

Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi

Universitetdə işləmək istəyənlərin nəzərinə! - Çoxlu vakansiya var

Azərbaycanda köhnə avtomobillərə maraq bu səbəbdən artacaq (VİDEO)

Maaş sistemində vacib dəyişiklik: detallar - VİDEO

Azərbaycanda pasport verilən abidələrin SAYI

Milli Məclisin bu maşınları hərraca çıxarılacaq

Koreyadan başqa azərbaycanlı turistlər bütün ölkələrdə öz evlərində qalıblar – Siyahı

Koreyadan başqa azərbaycanlı turistlər bütün ölkələrdə öz evlərində qalıblar – Siyahı

İlk yol nişanları necə meydana çıxıb? – Maraqlı TARİX

Bu şirkətin külli midarda vergi borcu var

Bakıda keçirilən ilk “Binance Community MeetUp" tədbirinə 1000-dən çox iştirakçı qatıldı

“Azərsun Holdinq”in yeni rəhbəri o oldu

Bu quruma məxsus iki avtomobil hərraca çıxarılır

Ağacları kəsən şəxs "Azəravtoyol"un məmuru imiş - RƏSMİ

Ağacları kəsən şəxs "Azəravtoyol"un məmuru imiş - RƏSMİ

S&P: ABŞ tarifləri səbəbindən qlobal avtomobil istehsalı 2 faiz azalacaq

16 min manatlıq Land Cruiser kimə qismət olacaq?

Bakıda Pavel adına kilsəni bu şirkət tikəcək

Aprelin 6-da keçirilən imtahanların nəticələri elan olundu

Manatlıq taksilər qanunsuz fəaliyyət göstərirlər - AYNA

Manatlıq taksilər qanunsuz fəaliyyət göstərirlər - AYNA

"Mida"nın Naxçıvan layihəsi ikinci dəfə ləğv olundu - Səbəb açıqlanmayıb

Prezident bu məscidin təmirinə pul ayırdı - SƏRƏNCAM

Elşad Hacıyev: Avropada kiberdələduzluğa görə zərərçəkmiş heç kimin pulu geri qayıtmayıb

İlqar Mustafayevin həbs müddəti uzadıldı

Dünyada ən az boşanma bu ölkədədir

AZCON-un rəhbərliyinə təyinat olub

Daha iki ali məktəb qəbul prosedurlarını özləri aparacaq - QƏRAR

Magistraturaya qəbul qaydalarında dəyişikliklər edildi

Apreldə 85 nəfərin diplomu tanınmayıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin