Səhiyyə
21.04.2022 / 09:30
Azərbaycanda karantinlə bağlı xoş xəbər: Gələn aydan... (VİDEO)
21419
''May ayının 1-dən etibarən maska qadağası ləğv edilməli, quru sərhədlər isə açılmalıdır''.
Valyuta.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa ''Xəzər Xəbər''ə bildirib. Onun sözlərinə görə, bu qadağaların ləğvi üçün zəmin yaranıb.
Millət vəkili qeyd edib ki, bütün hallarda pandemiyaya nəzarət diqqətdə saxlanılmalıdır. Yoluxmanı artıracaq amillərin qarşısı anında alınmalıdır. O bildirib ki, hazırda hökümət növbəti yumşaldılma qərarı üzərində işləyir.
Qeyd edək ki, Baş Nazirin qərarı ilə sonuncu dəfə xüsusi karantin rejmi may ayının 1-ə qədər uzadılıb. Bu müddətin növbəti dəfə uzadılıb-uzadılmamasına isə yaxın günlərdə aydınlıq gələcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay