
16.04.2022 / 09:14
“WhatsApp” sosial şəbəkəyə çevriləcək
21294
“WhatsApp” mesencerinin tərtibatçıları oxşar maraqları olan qrupları bir araya gətirərək icmalar yaratmaq barədə planlarını açıqlayıblar.
“WhatsApp” icması bir növ qruplar toplusu olacaq. İstifadəçilər icmalar yarada, icma adminləri isə icma daxilindəki qrupları idarə edə və bütün qruplara mesaj göndərə biləcəklər.
İcmalar çarpaz şifrələməni dəstəkləyəcək.
Tərtibatçılar icma qruplarında dezinformasiyanın yayılmasını azaltmaq üçün mesajların təkrar paylaşımını məhdudlaşdıracaqlar.
Yeni funksiya bu həftə ərzində az sayda istifadəçi üçün əlçatan olacaq. Sınaqlardan sonra “WhatsApp” icmaları geniş istifadəçi kütləsinin ixtiyarına veriləcək.//oxu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay