Ukrayna Rusiya məxsus əmlakları milliləşdirməyə hazırlaşır - Denis Şmıxal
Hökumət Ukraynada Rusiya əmlakının milliləşdirilməsi prosesinə başlamaq üçün sənədlərin qəbulu üzərində işləyir.
Valyuta.az Unian-a istinadən xəbər verir ki, bu barədə baş nazir Denis Şmıxal ümummilli telemarafonun efirində bildirib.
"Ukraynada Rusiyaya məxsus bir sıra sahibkarlıq subyektləri var. Mexanizmlər qanunda göstərilib, hazırda qanunvericilik aktları qəbul edilir. Biz artıq bu prosesə başlamışıq. Təbii ki, Rusiyanın bütün əmlakını milliləşdirəcəyik. Rusiyanın bizə vurduğu ziyanın bir hissəsini kompensasiya edəcəyik", deyə Şmıqal vurğulayıb.
Baş nazir Rusiya əmlakının milliləşdirilməsi zamanı məhkəmə qərarlarına ehtiyac olub-olmayacağı ilə bağlə suala belə cavab verib:
"Düşünürəm ki, müharibə şəraitində biz yeni qanuna uyğun hərəkət edəcəyik və bu əmlakları milliləşdirəcəyik”.
Qeyd edək ki, martın 3-də Ali Rada Rusiyaya məxsus aktivlərin Ukrayna tərəfindən milliləşdirilməsi prosedurunu müəyyən edən qanun layihəsini qəbul edib. Martın 10-da onu prezident Volodimir Zelenski qanunu imzalayıb. Qanun Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayan dövlətin əmlakının milliləşdirilməsinə hüquqi əsasları müəyyən edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay