Vahid Ələkbərovdan xəbərdarlıq: “Neft emalı zavodları dayana bilər”
Yanacağın daşınmasında ciddi problemləri olan iri neft şirkətləri təkcə hasilatın azaldılması ilə deyil, həm də neft emalı zavodlarının dayandırılması ilə üzləşə bilər.
Rusiyanın ikinci ən böyük şirkəti olan “Lukoyl” mazut saxlama qabiliyyətinin olmaması səbəbindən belə risklər barədə xəbərdarlıq edib.
Şirkət öz artığını istilik elektrik stansiyalarına yönəltmək istəyir və ətraf mühitə mənfi təsirə görə yüksək cərimələrin müvəqqəti ləğvini xahiş edir.
Şirkətin sahibi Vahid Ələkbərovun baş nazirin müavini Aleksandr Novaka yazdığı məktubda qeyd edildiyi kimi, “Lukoyl” səmt neft qazının yandırılması üçün oxşar tədbirlərin görülməsini xahiş edir.
Martda Rusiya mazutunun ixracı fevralla müqayisədə 1,5 dəfə azalıb. Mütəxəssislərin fikrincə, neft emalı zavodunun yükünü ümumi azaltmadan onun hasilatını azaltmaq mümkün deyil.
Martda Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirlər planlaşdırılan səviyyə ilə müqayisədə 302 milyard rubl azalıb.//Lent.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay