Dünya
26.03.2022 / 20:16
Türkiyə XİN başçısı: “Rusiyalı oliqarxlar Türkiyəyə gəlib iş qura bilərlər”
20848
Türkiyə Qərb ölkələrinin Rusiya və oliqarxlarına qarşı sanksiyalarına qatılmayıb, biz sadəcə BMT çərçivəsində tətbiq olunan sanksiyalara riayət edirik.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Rusiya oliqarxları Türkiyəyə gələ bilir sualı veririksə, təbii ki, Rusiya vətəndaşları Türkiyəyə gələ bilər, indi də Türkiyədə rus turistləri var, Ukraynadan gələnlər də var. Ukraynadan gələnlərin sayı hal hazırda 60 mini keçib. Bu (Rusiyadan – red.) oliqarxlar gəlib burada bir iş qura bilər mi? Əgər qanunidirsə, beynəlxalq hüquqa zidd deyilsə, əlbətdə qura bilərlər”,- deyə nazir qeyd edib. //APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay