
26.03.2022 / 13:53
Anar Qasımov işdən çıxarıldı - Nazirdən yeni təyinat
20833
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Anar Qasımov vəzifəsindən azad edilib.
"Report”un əldə etdiyi məlumata görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Nazirin digər əmri ilə onun yerinə bu vəzifəyə Ceyhun Hüseynzadə təyin edilib.
Bu təyinata qədər C.Hüseynzadə adıçəkilən şöbədə müdir müavini vəzifəsində çalışıb.
A.Qasımov isə "Azercell Telekom” MMC-nin transformasiya proqram meneceri təyin edilib.

Anar Qasımov

Ceyhun Hüseynzadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay