Western Union bu gündən Rusiyada pul köçürmələrini dayandırır
Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi fonunda bu gündən etibarən Western Union ödəniş sistemi Rusiyada pul köçürmələrini dayandırır.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin saytında bildirilib. Şirkət yalnız transsərhəd köçürmələri həyata keçirəcək.
"Əgər Rusiyaya göndərən köçürmənin pulunu geri almağa qərar verərsə, bu, tərəfdaşlarımızdan birinin filialında edilə bilər. 24 mart 2022-ci il tarixinədək Rusiyaya göndərilən və alıcıya ödənilməyən pul köçürmələri göndərənə qaytarılacaq”, - Western Union qeyd edib.
Rusiyadan digər ölkələrə göndərilən və 24 mart 2022-ci ilə qədər ödənilməyən pul köçürmələri alıcılar üçün əlçatan olacaq.
Xatırladaq ki, 10 mart 2022-ci ildə Western Union beynəlxalq pul köçürmələri sistemi Ukraynadakı müharibə ilə əlaqədar Rusiya və Belarusda fəaliyyətini dayandırdığını elan edib.
"Rusiyanın Ukraynaya uzunmüddətli hücumunun davam edən faciəvi nəticələrini nəzərə alaraq, biz Rusiya və Belarusdakı əməliyyatlarımızı dayandırmaq qərarına gəldik. Biz beynəlxalq ictimaiyyətə diplomatik və sülh yolu ilə nizamlanma üçün səmimi ümidimizi ifadə etməyə qoşuluruq", - bəyanatda deyilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay