BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
20759

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi təcavüzü prezident Putinə yaxın daha bir oliqarxın həyatına təsir göstərib. Adı Qərbin sanksiyalar tətbiq edilən rusiyalı oliqarxların siyahısında olmasa da keçmiş KQB zabiti, oliqarx Vladimir Strjalovskinin superyaxtası Norveç limanlarından birində “ilişib”.

BBC.com bildirir ki, Strjalovskinin “Ragnar” adlı yaxtası Norveç limanını tərk edə bilmir, çünki yanacağı yoxdur və yerli şirkətlərdən heç biri ona yanacaq satmaq istəmir. 68 metrlik yaxta fevralın 15-dən bəri Norveçin Narvika limanındadır.

“Biz bunu özümüzə münasibətdə olduqca ədalətsiz diskriminasiya kimi qiymətləndiririk”, - yaxtanın kapitanı Robert Lankaster bildirib. Britaniyalı kapitan deyib ki, yaxtanın heyət üzvləri arasında rus yoxdur. “Biz 16 nəfərdən ibarət komandayıq, onların hamısı Qərb ölkələrinin vətəndaşlarıdır. Yaxtanın sahibi ilə ümumi heç nəyimiz yoxdur, biz öz işmizi görürük”, - kapitan bildirib.

Lakin Norveç yanacaq şirkətləri belə düşünmür. “Nəyə görə biz onlara kömək etməliyik? Onlar qoy evlərinə üzərək getsinlər, yaxud yelkənli qayıqdan istifadə etsinlər”, - “Holmlund Oil Service” şirkətinin baş direktoru Sven Holmlund yerli NRK telekanalına bildirib.

Xatırladaq ki, sanksiyalara görə artıq bir neçə rusiyalı oliqarxın superyaxtaları Avropa limanlarında müsadirə olunub. ABŞ xüsusi xidmət orqanları onların digər aktivlərini də tapıb müsadirə etmək üçün xüsusi qrup yaradıb.

Vladimir Strjalovski 1954-cü ildə Leninqradda anadan olub, Podolsk quberniyasının zadəganlarının nəslindəndir. 1980-1991-ci illərdə KQB-nin Leninqrad vilayəti üzrə idarəsinin rəisi olub. KQB-dən ehtiyata buraxılandan sonra bizneslə məşğul olub, 2008-2012-ci illərdə “Nornikel” korporasiyasının baş direktoru işləyib.//virtualaz.org

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirilib

Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu 285 manat olacaq

Deputatdan təklif: “Çoxuşaqlı ailələr daha tez pensiyaya çıxsın, daha yüksək pensiya alsın?

SOCAR-ın törəmə şirkəti ötən il 11,5 milyon manat xalis mənfəət əldə edib

Sabah leysan yağacaq

Sahil Babayev: "Son 5 ildə 7 milyard manatlıq sosial paketlər reallaşdırılıb"

İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi

"Bakı Şərab-1"lə "Green Mebel" arasında icarə qalmaqalı

“A-Qroup Sığorta Şirkəti"nin yığımı 1 milyon manatdan çox azalıb

Bankların aktivləri 50 milyard manata yaxınlaşır

Bu rayonun 24 kəndində qaz kəsiləcək

10 ayda verilən ipoteka kreditlərinin məbləği açıqlandı

Xaricə yod satışından gəlirimiz 4 milyon dollara yaxın azalıb - Rəqəmlər

Bank sədri edam cəzasına məhkum edildi

Bank sədri edam cəzasına məhkum edildi

Deputatdan pensiya yaşı ilə bağlı TƏKLİF

“Aqrar Sığorta”nın biznes itkiləri 2,3 mln. manata yaxınlaşıb

Azərbaycanda bank kartlarının sayı 19 milyon ədədi keçdi

"Temu"dan şikayətlər ARTIR: Aldanmamaq üçün nələrə diqqət etməliyik?

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi qurum niyə ləğv edilib?

Şəhid ailələri ilə bağlı daha bir - Qərar

"Apple" "iPhone"da SIM kartdan imtina edəcək

Neftimizin qiyməti 75 dolları keçdi

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 23%-ə yaxın azalıb

Evlərini kirayəyə verənlər nə qədər vergi ödəyəcək?

“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib

COP29-un ticari-iqtisadi sahələrə təsiri necə oldu?

Azərbaycanda qarın hündürlüyü 13 sm olub - FAKTİKİ HAVA

Bu ərazilərdə qaz olmayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin