Son sutkanın yoluxma statistikası
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 99 yeni yoluxma faktı qeydə alınıb, 315 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 302 nəfər müalicə olunaraq sağalıb, 9 641 nəfər vəfat edib. 1 233 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 677, bu günə qədər isə ümumilikdə 6 651 787 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 16 552 vaksin vurulub.Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 818, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1815, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 13 119, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 800 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 320 490, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 317 085, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 809 138, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 972 338, pozitiv nəticədən sonra buster doza olunanların sayı 221 929 təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay