BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
20619

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq ABŞ və Qərb ölkələri bu ölkəyə qarşı bir sıra məhdudiyyətlər tətbiq etdi. Rusiya daha əvvəl də sanksiyalarla qarşılaşıb. Lakin bu dəfə onun iqtisadiyyatı müasir tarixdə analoqu olmayan çoxsaylı məhdudiyyətlərlə üzləşdi. Bunların milli iqtisadiyyata təsirləri sektorlardan asılı olaraq müxtəlif zaman kəsiyində özünü göstərir.

Hazırda proseslər başlanğıc mərhələdədir və gözlənildiyi kimi ilk zərbəni milli valyuta aldı. Rusiya iqtisadiyyatı hazırda devalvasiya şokunu yaşayır. Bu gün bütün iqtisadiyyata təsir edən məhz rublun dəyərsizləşməsidir. Hökumət artıq inzibati qadağa alətlərini işə salaraq preventiv tədbirlər həyata keçirməyə başlayıb. Belə ki, əhaliyə valyuta əmanətlərindən 10 min ABŞ dollarından artıq vəsait çəkmək qadağan edilib. Eyni zamanda fiziki şəxslər və fərdi sahibkarlar yalnız xarici ezamiyyət xərclərini ödəmək üçün nağd şəkildə 5 min ABŞ dolları ala biləcəklər. İxracdan qazanılan valyutanın 80 %-i isə məcburi qaydada satılmalıdır. Rusiya Bankı və hökumətin milli valyutanı dəstəkləmək yönündə həyata keçirdiyi tədbirlərə baxmayaraq rubl dəyərdən düşməyə davam edir. Belə ki, ABŞ dollarının məzənnəsi rubul qarşısında artıq 60 % möhkəmlənib. Avro ilə bağlı analoji tendensiya müşahidə edilir. Rubl hətta qrivnaya qarşı da dəyər itirir. Rusiyanın başlatdığı “xüsusi əməliyyat”a kimi 1 qrivnaya 2,7 rubl, indi isə 4 rubl verilir.

Rublun kəskin ucuzlaşması idxalın bahalaşmasına gətirib çıxarıb. Rusiya xammaldan başqa hər şeyi idxal edir. Onun iqtisadiyyatının aparıcı sektorlarında buraxılan məhsulun 30-70 %-i xaricdən tədarükdən asılıdır. İdxaldan asılılıq ən çox kompüter və elektronika, maşın, mexanizm və nəqliyyat vasitələri istehsalında müşahidə edilir. Kimya sənayesində idxaldan asıllıq 40 %, qida sənayesində - 30 %-dir. Həmin sahələrin mütləq əksəriyyəti sanksiyaların əhatə dairəsindədir.

Bütün bunlar özünü həmin məhsulların qiymətində göstərir. Belə ki, cəmi bir həftəyə (26 fevral -4 mart arası) pomidorun qiyməti 7,67 % (əvvəlki həftə ərzində 2,76 %), bananın - 7,2 % (2,8 %), televizorların – 14,97 % (4,08 %), elektrik tozsoranların – 14,56 % (4,12 %), smartfonların – 9,64 % (3,82 %), milli avtomobillərin (yeni) – 17,09 % (0,01 %), xarici avtomobillərin (yeni) – 15,2 % (0,15 %) artıb.

Bütün bunlar sanksiyaların yalnız ilk həftəsində müşahidə edilib. Belə ki, hələ də bir sıra məhsullar üzrə müəyyən ehtiyat mövcuddur, o cümlədən yerli analoqu olan məhsulların istehsalı üçün lazım olan komponentlər üzrə. Lakin həmin ehtiyatlar tükənəndən sonra vəziyyət daha xaotik xarakter alacaq. Bununla yanaşı ikinci rübdə yüksək istehlak tələbinin olacağı gözlənilir. Belə ki, əvvəla insanlar bu gün piştaxtalardakı məhsulları yaxın illərdə sonuncu dəfə gördüklərini anlayır. Digər tərəfdən isə əllərində milli valyutada olan sərbət vəsaitləri dollara və ya digər valyutalara yatıra bilmədiklərinə görə onlar daha da dəyərdən düşməsin deyə tez bir zamanda maddi nemətlər çevirməyə çalışacaq. Məhdud təklif fonundakı ajiotajlı təklif inflyasiyanı daha da sürətləndirəcək.

Fevralda illik inflyasiya 9,15 % olub ki, bu da 2016-cı ilin yanvarından bu yana ən yüksək göstəricidir. Empirik çıxarılan ekonometrik nisbətə görə dolların hər 10 % möhkəmlənməsi 1 % həddində inflyasiyaya gətirib çıxarır. Yəni ilin ilk yarısında inflyasiyanın minimum 15 % olması kifayət qədər inandırıcı görünür.

Sanksiyaların ən sərt nəticələri özünü III rübdən başlayaraq göstərəcək. Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin İnkişaf Mərkəzinin proqnozuna əsasən 2022-ci ilin nəticələrinə görə inflyasiya 20-30 % həddində olacaq. Hesabat dövründə ÜDM-nin 8-19 % azalacağı gözlənilir. Artıq tətbiq olunan sanksiyaların quvvədə olacağı və yenilərinin tətbiq olunmayacağı təqdirdə Rusiyanın milli valyutasının məzənnəsinin 110 rubl ətrafında olacağı gözlənilir. Bu ən optimist ssenari kimi görünür. Lakin müharibənin uzanacağı və Ukrayna üçün daha dağıdıcı fazaya girəcəyi təqdirdə yeni sanksiyaların o cümlədən istehlak mallarına qarşı tətbiq olunacağı istisna edilmir. Rusiya Bankının qızıl-valyuta ehtiyatlarının əhəmiyyətli hissəsinin dondurulması onun pul-kredit siyasətinin manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Valyuta bazarına aktiv şəkildə intervensiya etməyə imkan vermir. Ona görə sonuncu ssenarinin reallaşması rublun dəyərsizləşmə prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR

Möhbalıyevin icra başçısının müavini işləyən qardaşı işdən çıxarıldı

Adı tenderlərdən çıxarılan şirkətin 13.5 milyondan çox borcu var

Bakı Konqres Mərkəzində texniki problem yaranıb, tədbirlər dayandırılıb

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin