Daha 192 nəfər koronavirusa yoluxdu, 12 nəfər vəfat etdi
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 192 yeni yoluxma faktı qeydə alınıb, 406 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 790 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 417 nəfər müalicə olunaraq sağalıb, 9 611 nəfər vəfat edib. 1 739 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 435, bu günə qədər isə ümumilikdə 6 632 882 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 16 804 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 862, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 354, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 13 624, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 964 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 263 746, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 314 246, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 803 742, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 926 667, pozitiv nəticədən sonra buster doza olunanların sayı 219 091 təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay