Avto
13.03.2022 / 13:48
DİN sürücülərə xəbərdarlıq etdi
20594
Avtomobili işıqlandırılmayan, mühafizə olunmayan yerlərdə saxlamaq, avtomobilin açar-pultunu uşağa vermək, yaxud əlçatan etmək cinayətkara fürsət yaradır. Bununla qaranlıq küçədə, mühafizə olunmayan yerdə, oğru açıq qapıdan və pəncərədən daxil olmaqla avtomobili rahat talaya bilər.
Valyuta.az xəbər beror ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib.
"Bundan başqa, hər hansı əşyanı avtomobilin içərisində görünən yerdə saxlamaq diqqət cəlb edə bilər. Bunlar viktimologiyadır", - DİN rəsmisi qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay