Latviya daha 18 Rusiya telekanalının yayımını qadağan etdi
Martın 7-də Elektron Kütləvi İnformasiya Vasitələri üzrə Milli Şura Latviyada "Qazprom Media”ya bağlı 18 Rusiya telekanalının təkrar yayımını qadağan etmək barədə qərar qəbul edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Avropa həqiqəti” portalı yazıb.
Şuranın sədri İvars Abolinşin deyib ki, söhbət xüsusən də TNT, KHL TV Channel və Friday International telekanallarının yayımından gedir.
Kanalların tam siyahısı hələ dəqiqləşdirilir.
Qərar "Qazprom Media”nın ABŞ Xarici Aktivlərə Nəzarət Agentliyinin sanksiya siyahısında olması ilə bağlıdır.
Xatırladaq ki, fevralın 24-də Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinin başladığı gün Latviyanın Milli Elektron Media Şurası Rusiyanın "Rossiya” və "Rossiya 24” telekanallarının Latviyada təkrar yayımına bir neçə illik qadağa qoyub.
Alpər
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay