Dünya
03.03.2022 / 20:37
Bu brendlər Moskvadakı mağazalarını bağladı
20347
Geyim üzrə bir çox dünya brendinin mağazaları bu gün Rusiyanın paytaxtı Moskva şəhərinin ticarət mərkəzlərində işləməyib.
Valyuta.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Sözügedən mağazalar “Hennes & Mauritz” (H&M), “Incanto”, “Henderson” və “Lacoste”dir. Bildirilir ki, həmin mağazalar Moskvada satışları dayandıracaqlarını elan etməsələr də, mağazalarını bağlayıblar.
Bununla yanaşı, İsveçin mebel və ev əşyaları istehsal edən məşhur IKEA şirkəti də Rusiya və Belarusda öz işini dayandırdığını bildirib. Qeyd olunub ki, buna səbəb Ukraynadakı vəziyyətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay