BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
20339

Rusiya-Ukrayna müharibəsi fonunda Avropa ölkələri və ABŞ Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edib. Bir çox xarici avtomobil istehsalçıları Rusiya bazarından çıxdığını açıqlayıb. Digərləri isə avtomobillərinin qiymətini kəskin artırmağa başlayıb.

Arsenalında "Volkswagen" markasından əlavə "Audi", "Skoda", "Lamborghini", "Bentley" və "Ducati" olan Almaniyanın "Volkswagen" konserni Rusiyaya avtomobil tədarükünü dayandırıb.

"Toyota Motor" artıq Rusiyaya "Toyota" və "Lexus" avtomobillərinin ixracını dayandırıb, martın 4-dən isə Sankt-Peterburqdakı "Toyota" zavodu komponentlərin olmadığı səbəbindən fəaliyyətini məcburi olaraq dayandıracaq.

ABŞ-ın "General Motors" avtomobil konserni Rusiyaya avtomobil ixracını müvəqqəti dayandıracağını açıqlayıb. Xatırladaq ki, bu konsern hər il Rusiyaya 3 minə yaxın "Cadillac" və "Chevrolet" avtomobilləri tədarük edirdi.

Almaniya avtomobil istehsalçısı "Porsche AG" avtomobillərinin Rusiya dilerlərinə daşınmasını dayandırıb. MAN şirkəti də Rusiyaya yük maşınlarının və avtobusların tədarükü, həmçinin Sankt-Peterburqdakı zavodda avtomobillərin yığılmasını dayandırıb.

Yaponiyanın "Mazda Motor" və "Honda Motor" şirkətləri də sanksiyalara qoşularaq öz məhsullarının Rusiyaya ixracını dayandırdıqlarını elan ediblər.

"Sollers Ford" birgə müəssisəsi 3 mart 2022-ci il tarixindən etibarən Yelabuqadakı zavodda avtomobil yığımını dayandırıb.

"Renault" isə fevralın 25-də ehtiyat hissələrinin tədarükündə yaranan dayanmalar səbəbindən Moskvadakı zavodunun fəaliyyətini dayandırıb. Planlaşdırılır ki, fasilələr martın 13-dək davam edəcək, lakin müddət daha bir həftə uzadıla bilər.

"Stellantis" ("Opel", "Peugeot", "Citroen", "Jeep") hasilatı xaricə köçürmək və ya sanksiyalara görə hasilatı azaltmaq imkanlarını araşdırır.

Bundan başqa, 28 fevral tarixindən Almaniyanın "Daimler Truck" konserni Rusiyanın ən böyük yük maşını istehsalçısı "KamAZ"la bütün sahələrdə əməkdaşlığı dayandırıb.

"Mitsubishi Motors" isə martın 1-də bildirib ki, tətbiq edilən iqtisadi sanksiyalar tədarük zəncirinin pozulmasına səbəb ola biləcəyi üçün Rusiyada avtomobillərinin istehsalını və satışını dayandıra bilər.

İsveçin "Volvo Cars", "AB Volvo" və "Scania" şirkətləri də Rusiyada avtomobillərinin satışını dayandırdıqlarını açıqlayıblar.

Almaniyanın BMW AG konserni Rusiyaya avtomobillərin həm tədarükünü, həm də Kalininqraddakı "Avtotor" zavodunda avtomobillərin yığımını qeyri-müəyyən müddətə dayandırıb.

"Nissan Motor Company" beşinci nəsil "Pathfinder" orta ölçülü krossover modelini Rusiya bazarına çıxarmaq planlarından imtina edib. Sestroretskdəki (Sankt-Peterburq vilayəti) "Hyundai Motor Manufacturing Rus" (HMMR) avtomobil zavodu martın 1-də işini dayandırıb. "Jaguar Land Rover" isə dünyada mövcud vəziyyətlə bağlı ticarət problemləri ilə əlaqədar Rusiyaya avtomobil tədarükünü dayandırıb.//APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək

Balakən 38 minə işıqlandırılacaq

Xanlar Vəliyev təqaüdə göndərildi

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

“Avşarlar"ın “Mona Liza”sı saxta araq verirmiş - FOTOLAR

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin