Əmanətçilər pullarını manata çevirirlər - SƏBƏB
Azərbaycan banklarında fiziki şəxslərin saxladığı vəsaitlərin valyuta nisbətində manata doğru meyil müşahidə edilir.
Belə ki, ötən il ərzində manatla saxlanılan əmanətlərin məbləğinin 35,4 faiz artaraq 4,026 milyard manatdan 5,45 milyard manata yüksəlməsi, xarici valyutada (əsasən də ABŞ dollarında) saxlanılan pulların məbləğinin isə 4,15 milyard manatdan 3,78 milyard manata enməsi bunun əlamətidir. Bu ilin əvvəlinə aid olan məlumata əsasən əmanətlərin 59 faizi manatla, 41 faizi xarici valyutada saxlanılır.
Məlumatların təhlili göstərir ki, xarici valyutada saxlanılan vəsaitlərin bir hissəsi xarici valyutadan manata dəyişdirilib.
Manatla əmanətlərin həcminin artmasına dollar/manat məzənnəsinin sabit qalmasının və milli valyutadakı əmanətlərə ödənən faizlərin dəfələrlə yüksək olmasının böyük təsiri var.
Dollar/manat kursu 2017-ci ilin mart ayından bəri, yəni 5 ildir ki, sabitdir.
Bu dövrdə banklar dollarla olan əmanətləri illik 0,1-2 faizlə, manatla olan əmanətləri 6-11 faizlə qəbul edib.
Maksimum faizləri əsas götürsək, son 5 ildə pulunu manatla saxlayanlar dollarla saxlayanlara nisbətən hər il 5,5 dəfə yüksək gəlirə sahib olublar. Əmanətçilər 5 il ərzində hər 170 manata görə 18,7 manat, hər 100 dollara görə 2 dollar gəlir əldə edib.
Manat və dollarla olan əmanətlərdə faiz gəlirlərinin kəskin fərqlənməsi, həmçinin məzənnənin sabit qalması səbəbindən əmanətçilər pulunu tədricən manata çevirir. //Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay