Sumqayıtda avtobus istehsal oluna bilər
Sumqayıt Kimya Sənaye Parkında IVECO markalı avtobus və xüsusi təyinatlı avtomobillərin istehsalı nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyindən Valyuta.Az -a verilən məlumata görə, qeyd olunan məsələyə dair müzakirələr naziri Mikayıl Cabbarovla “Iveco Truck & Bus” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Roman Smirnovun başçılıq etdiyi nümayəndə heyəti arasında aparılıb.
Tərəflər həmçinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında texniki xidmət mərkəzinin təşkili və yük avtomobillərinin yığımı layihələrinin reallaşdırılması məsələlərini də müzakirə ediblər.
Naziri Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, zəngin təbii resursları barədə məlumat verib, biznes üçün geniş imkanları vurğulayıb.
Öz növbəsində, R. Smirnov təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri və investisiya planları barədə danışıb, şirkətin Azərbaycanda yaradılan sənaye zonalarında, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay