Bank
17.02.2022 / 11:56
Azərbaycanda 6 bankın qeyri-faiz gəlirləri azalıb
19853
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın ötənilki qeyri-faiz gəlirləri əvvəlki illə müqayisədə az olub.
Valyuta.Az biznes portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Naxçıvan Bank”, “Yelo Bank”, “Bank Respublika” və “Xalq Bank” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.
Ən çox azalma Pakistan bankında (91,7%), ən az azalma isə “Naxçıvan Bank”da (1,3%) qeydə alınıb.
Qalan 20 bankın isə qeyri-faiz gəlirləri artıb. Ən yüksək dinamika “Rabitəbank” ASC-də (2,1 dəfə), ən aşağı dinamika isə “Express Bank” ASC-də (4,1%) qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay