Ermənistan matsoninin Gürcüstana məxsusluğunu tanımağa hazırlaşır
Ermənistanın Baş naziri Nikol Paşinyanın tapşırığı ilə erməni matsunun ixracı ilə bağlı problemlərin aradan qaldırılması üçün işçi qrupu yaradılıb.
“Report” xəbər verir ki, bu barədə “Azatutyun” radiosu məlumat yayıb.
Bildirilib ki, qrupun yaradılmasını son zamanlar Ermənistan istehsalı olan süd məhsulunun Gürcüstan vasitəsilə ixracı ilə bağlı yaranmış problemlər zəruri edib.
Ermənistanın İqtisadiyyat Nazirliyindən bildirilib ki, qanunvericilik dəyişikliklərindən sonra matsunun coğrafi göstərici kimi qeydiyyata alınması nəzərdə tutulub. Daha sonra isə gürcü matsonisi və erməni matsununun qarşılıqlı tanınması məsələsi üzrə Gürcüstan tərəfi ilə danışıqlar başlayacaq.
Qeyd olunub ki, coğrafi göstəricilər haqqında qanuna düzəlişlər təqdim olunub və onlara əsasən istehsalçılar “matsun” adını coğrafi göstərici kimi qeydiyyata ala biləcəklər. Düzəlişlərin qəbulu 3 aydan 4 ayadək vaxt tələb edə bilər.
Gürcüstan tərəfinin Ermənistana coğrafi göstəricilərin qarşılıqlı tanınması və qorunmasına dair saziş təqdim etdiyi də bildirilib.
Xatırladaq ki, Gürcüstan Ermənistanda istehsal olunan matsun məhsulunun öz ərazisi vasitəsilə Rusiyaya tranzitinə qadağa qoyub. Buna səbəb məhsulun adının gürcü məhsulu olan matsoni ilə bənzərliyidir. Qadağadan sonra Ermənistan süd məhsulunu “erməni dağ yoqurtu” adı altında tranzit etməyə məcbur olub.
Bizim Twitter səhifəmizə abunə olun
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay