Qida
10.02.2022 / 20:05
Nazirlik market rəhbərliyinə məcburi göstəriş verdi
19565
Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində havaya qara tüstünün atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov "Report"a bildirib ki, araşdırma zamanı sözügedən ünvanda fəaliyyət göstərən “Bazarstore” marketə məxsus generatorda səhər saatlarında baş verən nasazlıq səbəbindən atmosferə qara tüstünün atıldığı müəyyən edilib:
"Faktla bağlı akt tərtib olunub. Generatorda baş verən nasazlığın tez bir zamanda aradan qaldırılması və belə hallara yol verilməməsi üçün marketin rəhbərliyinə məcburi göstəriş verilib".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay