BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9014
  • RUB
    2.0971
  • TRY
    0.0437
  • GBP
    2.2609
19561

"Məsələyə diferensial qaydada yanaşmaq lazımdır. Sahibkarlıq obyektlərinin yoxlanılmasına qoyulan moratorium həqiqətən də köklü şəkildə fiskal orqanları nöqteyi-nəzərindən böyük müsbət nəticələrə səbəb olub”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov sahibkarlıq subyektlərinin yoxlanılmasına qoyulan qadağanın özünü nə dərəcədə doğrultduğu barədə suala cavabında deyib:

"Ən azından 10 il bundan öncəki fiskal orqanlarla sahibkarlar arasındakı münasibətə diqqət yetirsək, həmin dövrdə əməlli-başlı "soyqırım”ın getdiyini görərdik. Həmin illərdə vergi xidmətləri, gömrük və hüquq mühafizə orqanları sahibkarlara normal fəaliyyət göstərməyə imkan vermirdi. Müxtəlif yollarla müdaxilələr olunurdu, yaxud da bəzi qurumlar yoxlamalar zamanı səlahiyyətlərindən kənara çıxırdı”. 

Ekspert bildirir ki, belə yoxlamaların dayandırılması dayanıqlı sahibkarlıq mühitinin genişlənməsinə şərait yaradıb: 

"Ancaq sahibkarlıq subyektlərinin yoxlanılmasının dayandırılmasından keçən dövrdə isə artıq sahibkarlar normal nəfəs almağa imkan tapıblar. Belədə, onların fəaliyyətində bu illər ərzində kifayət qədər irəliləyişlər əldə olunub. Eyni zamanda, dayanıqlı sahibkarlıq mühiti artıb”. 
 
Bununla belə, həmsöhbətimiz prosesdə bəzi mürəkkəbliyin olduğunu da deyir:

"Yalnız fiskal orqanlar olmayan digər orqanlar Ədliyyə Nazirliyindən xüsusi məhkəmə qərarı əsasında yoxlamalar keçirə bilir. Məsələn, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və s. Bu da aktualdır. Hər ikisi sahibkarları yoxlamaq mənasında deyil, yardım nöqteyi-nəzərindən araşdırmalıdır. Adicə yanğın sisteminin tətbiqilə bağlı Fövqəladə Hallar Nazirliyi sahibkarlar qarşısında elə şərtlər qoyur ki, onu yerinə yetirmək qətiyyən mümkün deyil. Yəni belə mürəkkəbliklər də mövcuddur. 

Ümumiyyətlə, elə dövrdəyik ki, avtomatik idarəetmə sistemi vasitəsilə sahibkarın fəaliyyətini rahatlıqla izləmək mümkündür. Bundan ötrü, müəssisəyə ayaq basıb yoxlamağa ehtiyac yoxdur”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yapon şirkətləri ABŞ rüsumlarına görə 27,6 milyard dollar itirə bilər

"Azərbaycan şirkətlərində liderlərin sayı rəhbərlərin sayını ötür"

1,8 milyard "Gmail" istifadəçisi risk altında: Bu mesaja cavab verməyin!

Azərbaycanın 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək - Prezident açıqladı

"Unibank"dan AZAL-a TRANSFER

"Unibank"dan AZAL-a TRANSFER

Sabah hava yağmursuz keçəcək

Nazirlik bu dərmanın idxalına qadağa qoyub? - Rəsmi açıqlama

Prezident İlham Əliyev Budapeştdə TDT-nin qeyri-rəsmi iclasında iştirak edir

Azərbaycan ən çox hansı ölkələrə neft satır? - TOP 10

6 ay şərti ləğv olunur - Qanunda dəyişiklik

İdarəçisi olmayan şirkəti nələr gözləyir? - EKSPERT

Bu evlərə "kupça" verilmir

1 milyard dollarlıq startap maliyyə çatışmazlığı yaşayır - İflasla üz-üzədir

Şöhrət İsazadəyə SOCAR-da yeni vəzifə verildi

Şöhrət İsazadəyə SOCAR-da yeni vəzifə verildi

Yeni təyin edilən nazir kimdir? - DOSYE

Rusiyada miqrantlar smartfonlar vasitəsilə izləniləcək

Əsassız varlanan şəxslərlə bağlı Ali Məhkəmədən qərar

“Unibank” Mərkəzi Bankın tələblərini pozdu - Xəbərdarlıq edildi

Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi

“Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrıldı

Pul haqq idi, nə vaxtdan enerji oldu?

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs bu gün səhər edam olunub

Daha bir ölkəyə vizasız gedə biləcəyik

Neftimizin qiyməti ucuzlaşıb

Tanınmış iş adamı vəfat etdi - Foto

İlon Mask siyasətdən tədricən uzaqlaşacağını açıqlayıb

İlon Mask siyasətdən tədricən uzaqlaşacağını açıqlayıb

Rubl ucuzlaşıb - Yeni məzənnə

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

Loqo satışlara necə təsir edir? - EKSPERT

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin