BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
19517

Bu ildən topdansatış mərkəzlərində və bazarlarda vergi postları qurula bilər.

Bununla bağlı Vergi Məcəlləsinə yeni müddəa əlavə olunub. Belə ki, Məcəlləyə əlavə olunan 23.1.3-1-ci maddəyə əsasən, malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdan satışı ilə məşğul olan ticarət obyektlərində, bazarlarda nəzarət postlarının qurulmasını və bu obyektlərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilməyən, habelə əmtəə-nəqliyyat qaiməsi olmayan malların gətirilməsinin qarşısının alınması səlahiyyətlərini həyata keçirmək vergi orqanlarının hüquqlarına aid edilib.

Bəs bu postlar harada qurulacaq və onların işi nədən ibarətdir? Suallarımıza iqtisadçı Anar Bayramov aydınlıq gətirib. Onun sözlərinə görə, vergi orqanının iri həcmli marketlərin, supermarketlərin qarşısında postlar qurması qanunvericilikdə qeyd edilməyib:

“Yəni, vergi orqanı geniş şəbəkəyə malik olan “X” supermarket anbarının qarşısında post quraraq, şirkətlərdən daxil olan mallar üzrə sənədlərin yoxlamasını həyata keçirməyəcək. Vergi Məcəlləsinin 23.1.3-1-ci maddəsində qeyd edilən postların aşağıdakı obyektlərdə qurulması planlaşdırılır:
- malların topdansatışı ilə məşğul olan ticarət obyektlərində;
- kənd təsərrüfatı məhsullarının topdan satışı ilə məşğul olan ticarət obyektlərində;
- bazarlarda”.

A.Bayramov vurğulayıb ki, vergi orqanı tikinti materiallarının satışı həyata keçirilən “Dərnəgül” taxta bazarının qarşısına post qoymaqla Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilməyən, habelə əmtəə-nəqliyyat qaiməsi olmayan malların gətirilməsinin qarşısının ala bilər. Eyni qayda ilə kənd təsərüfatı məhsullarının satışını həyata keçirən yarmarka və ya bazarların qarşısında post qurmaqla həmin şəxslərdən də malların sənədlərini tələb etmək hüququna malikdir.

Beləliklə, yeni qayda yalnız topdansatışla məşğul olan ticarət obyektlərinə şamil ediləcək.//İndex.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin