BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
19507

Yaxın gələcəkdə Türkiyənin paytaxtı Ankarada və yaxud İstanbul şəhərində Azərbaycanın daimi turizm nümayəndəliyi açıla bilər".

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.

O, bu barədə İstanbulda keçirilən, dünyanın ən böyük turizm sərgilərindən birində "Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi"ndə ("EMİTT 2022") Azərbaycanı təmsil edərkən danışıb.

"Biz burada həm ənənəvi turizm məhsullarımızı sərgiləyirik, həmçinin yeni turizm destinasiyası hesab edilən işğaldan azad olunmuş torpaqlarımızda yaranmaqda olan turizm imkanlarını tanıdırıq, Türkiyə bazarı Azərbaycan üçün prioritet bazardır. Türkiyəli turistlərin səfərlərinin statistikasını nəzərə aldıqda Azərbaycanın ilk 3-lüyündə yer alırlar. Hətta pandemiya dövründə də biz, digər ölkələrə nisbətən daha çox Türkiyədən olan turistləri qəbul etmişik. Biz burada artıq bir neçə rəsmi görüş keçirmişik. Türkiyənin digər regionlarında da marketinq işləri görməyə maraq göstəririk, o cümlədən İstanbulda, Ankarada, İzmirdə və Türkiyənin cənub-şərq, şimal-şərq bölgələrində infoturlar və mediaturlar təşkil etmək niyyətimiz var. Əlavə olaraq, Naxçıvanda turizm imkanlarının tanıdılması ilə bağlı xüsusilə Türkiyədə ciddi fəaliyyət planı hazırlayırıq. Azərbaycan yaxın gələcəkdə Ankara və yaxud İstanbulda daimi turizm nümayəndəliyi də aça bilər", - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İşdən çıxarılmaq qorxusu - Mütəxəssislər bu narahatlığın 5 əsas səbəbini açıqladı - SƏHƏR OXUSU

İşdə tənqidlə qarşılaşdıqda necə davranmalıyıq?

TEKNOFEST-in AZƏRBAYCANLI fatehləri - Tələbələrimizin uğur hekayəsi

Biləsuvarda işdən çıxarılan müavin direktoru məhkəməyə verdi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Süni intellektlə sağlamlığınızı izləyə biləcəyiniz 7 pulsuz tətbiq

Tıxaclarda yanacağa qənaət: Ekspertlər nəyi tövsiyə edir?

Yeni Papa taxta çıxdı: Üzüyünün qiyməti göz qamaşdırır

Çin rəsmisi robotların gələcəyi ilə bağlı açıqlama verib

Futbol tarixinin ən yaxşı futbolçuları - TOP-10

İnsan alveri ilə məşğul olanların yeni fırıldağı

Dadlı təhlükə: Dondurmadan zəhərlənmə halları - Nələrə diqqət etməliyik?

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Oğurladığı pulla qohumunun təhsil haqqını da ödədi

Marsda həyat başlayır?-İlon Maskdan sensasion PLAN

Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Vaqif Şadlinski yüksək vəzifəyə təyin olundu - FOTO

Hotellərimiz niyə boş qalır?

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Daha şanslı olmağın 10 praktik yolu

Qızıl külçə, zinət əşyası və sikkə - İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

E-ticarətdə ən çox geri qaytarılan məhsullar

Yunanıstan hökuməti "Adidas"ın dron şousuna görə məhkəməyə müraciət edib - VİDEO

Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? - SƏHƏR OXUSU

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin