BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
19503

Nazirlər Kabineti ikili girovlarla bağlı yaranmış münasibətlərin tənzimlənməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Valyuta.az-ın məlumatına görə, Əmanətlərin Sığortalanması Fondu Nazirlər Kabinetinə müraciət edərək, ləğv prosesində olan bank qarşısında öhdəliyin icra edildiyi təqdirdə, ikili girovda olan əmlakların hər iki ipotekasaxlayan tərəfindən yüklülükdən azad edilməsi və Mərkəzi Bankın ləğv prosesində olan bank qarşısında tələblərinin “Banklar haqqında” qanununun 82-ci maddəsinə əsasən təminatsız kreditor tələbi kimi növbəlik qaydasında ödənilməsi məsələsi ilə bağlı şərh verilməsi üçün sorğunun göndərilməsini xahiş edib.

Məsələyə Nazirlər Kabinetində baxılıb və Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət olunması qərara alınıb. Nazirlər Kabinetinin Konstitusiya Məhkəməsinə müraciətində bildirilib ki, banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etmək məqsədilə “Əmanətlərin sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli 226-IIIQ nömrəli qanun qəbul edilib. Həmin qanunda Əmanətlərin Sığortalanması Fondunun yaradılmasının hüquqi əsası müəyyən edilib və qanunun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli Fərmanı qəbul edilib, 2007-ci il 12 avqust tarixindən isə Əmanətlərin Sığortalanması Fondu fəaliyyətə başlayıb. Əmanətlərin Sığortalanması Fondu sığorta fəaliyyəti ilə yanaşı, “Banklar haqqında" qanunun 71-ci maddəsinə uyğun olaraq ləğvetmə funksiyasını da həyata keçirir. Bununla əlaqədar bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyası ləğv edilmiş banklar müxtəlif dövrlərdə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsinə verilib.

Qeyd edilib ki, ləğvetmə tədbirlərinin əsas istiqamətlərindən biri və əhəmiyyətlisi bankın kreditorlarının tələblərinin ödənilməsi üçün onun aktivlərinin qısa müddətdə və maksimum dəyərlə realizə edilməsi, habelə kredit portfeli üzrə yığımların təmin edilməsidir. Ləğvedici daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır.

Nazirlər Kabineti bildirir ki, Əmanətlərin Sığortalanması Fondunun ləğvedici təyin olunduğu banklar tərəfindən sığorta hadisəsinin baş verdiyi tarixə qədər verilən kreditlərin təminatı olan girovların eyni zamanda Mərkəzi Bank qarşısında da yüklü edilməsi halları mövcuddur. Belə kreditlər üzrə borclu tərəfindən ləğv prosesində olan bank qarşısındakı öhdəliklər tam yerinə yetirildiyi halda, “Banklar haqqında” qanunun 82-ci maddəsinə əsasən, Mərkəzi Banka ödənişlər növbəlik qaydasında həyata keçirildiyinə görə ləğv prosesində olan bankın Mərkəzi Banka olan öhdəliyini növbədənkənar icra edə bilməməsi həmin kreditin təminatı olan girovun Mərkəzi Bank qarşısındakı yüklülükdən azad olunmasını mümkünsüz edir. Nəticədə borclu ləğv prosesində olan bank qarşısındakı kredit öhdəliyini yerinə yetirməkdə maraqlı olmur. Göstərilən hallar bankların ləğv prosesinin yekunlaşdırılmasının ləngiməsinə, o cümlədən borcalanların və kreditorların haqlı narazılığına səbəb olur.

Nəzərə çatdırılıb ki, “Banklar haqqında” qanunun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlərin realizasiya qaydası tənzimlənir. Belə ki, sözügedən müddəaya əsasən təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi göstərilən qanunun 82-ci maddəsində nəzərdə tutulmuş növbəliliklə ödənilir. Hazırda qanunverici tərəfindən ikili girovlarla bağlı yaranmış münasibətlər tənzimlənməyib. Bu da mövcud problemin həllini mümkünsüz edir.

Qeyd olunanları nəzərə alaraq, Nazirlər Kabineti Konstitusiya Məhkəməsindən “Banklar haqqında” qanunun 81-ci maddəsinin tələbləri həddində, lakin təminatın satışından deyil, borclu tərəfindən ikili girovda olan əmlakların ləğv prosesində olan bank qarşısında təminatı olduğu öhdəliyin ləğvedicinin qanunvericiliklə, o cümlədən “Banklar haqqında” qanunun 71-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərinə əsaslanaraq qəbul etdiyi şərtlər çərçivəsində icra edilib bitirildiyi təqdirdə həm ləğv prosesində olan bank, həm də Mərkəzi Bank tərəfindən yüklülükdən azad edilməsi və Mərkəzi Bankın ləğv prosesində olan bank qarşısında tələblərinin həmin Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş təminatsız kreditor tələbi kimi növbəlik qaydasında ödənilməsinə münasibət bildirməklə əlaqəli şəkildə şərh verməsini xahiş edib.

Konstitusiya Məhkəməsinin Plenumu Nazirlər Kabinetinin müraciətinə fevralın 21-də keçiriləcək iclasında baxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin