Vətəndaşların kredit almaq üçün banka getməsinə ehtiyac qalmayacaq
"Bu gün təqdimatı keçirilən “Mobil notariat” tətbiqin istifadəsi ilə vətəndaşın hər hansı bank əməliyyatını icra etməsi üçün banka getməyinə ehtiyac qalmır. Bura vətəndaşlar arasında aktual olan əməliyyatlardan olan kreditlərin alınması da daxildir".
Bunu “Report”a açıqlamasında Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib.
“Pandemiya bizi məcbur etdi ki, rəqəmsal transformasiya sahəsində sürətli addımlar ataq. Ədliyyə Nazirliyi tərəfindən xeyli yeniliklər həyata keçirilib.
Məsələn, notariat sahəsində vətəndaşlarımıza bir sıra xidmətləri məsafədən təqdim edə bilirik. O cümlədən, məhkəmə sahəsində bir sıra yeniliklər var. Yeni məhkəmə elektron xidmətləri təqdim etmişik", - A.Səmədzadə qeyd edib.
Onun sözlərinə görə, hazırda “Mobil məhkəmə” tətbiqinin üzərində işlər gedir: "Tətbiqin bir sıra imkanları olacaq. O cümlədən, onlayn qaydada iddia ərizələrini vermək mümkün olacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay