BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
19409

4 il icrasız qalmış tikinti qanunu, tikinti mafiyasının özbaşınalığı davam edir. "Kupçasız” mənzil almayın”.

Valyuta.az xəbər verir ki, bunu vəkil Əkrəm Həsənov bildirib. Vəkil tikinti sahəsində 2 əsas problemin olduğunu xatırladıb:

1. Tikinti şirkətləri mənzilləri eyni zamanda bir neçə nəfərə satır; 

2. Tikinti şirkətləri mənzillərə görə ödənişi alır, amma tikintini başa çatdırmır, yaxud proses çox uzanır. 

Dəyişikliklər bu problemlərə son qoymalı idi. Belə ki, tikintisi başa çatdırılmayan mənzillərə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qabaqcadan dövlət qeydiyyatına alınmalı idi ("kupça”, yəni çıxarış verilməli idi). Özü də yalnız mənzilə yox. Binanın altındakı torpaq sahəsi də mənzil mülkiyyətçilərinin ümumi payı mülkiyyəti hesab olunmalı idi. Bununla da bir mənzili bir neçə şəxsə satmaq imkanı aradan qaldırılmalı idi. Torpaq da mənzil mülkiyyətçilərinə məxsus olduğu üçün tikinti şirkəti işini görməsəydi, onu başqası ilə əvəz etmək mümkün olacaqdı. Tikinti şirkətinin muzdu da hissə-hissə ödənilməli idi. Buna görə də pulu götürüb aradan çıxa bilməyəcəkdi”.

Əkrəm Həsənov reallıqda bu yeniliklərin işləmədiyini bildirib:

"Tikinti şirkətləri torpaq sahəsini mülkiyyətə deyil, istifadəyə götürərək işə başlayır. Onlar əvvəlki kimi formal mənzil-tikinti kooperativləri yaradır və tikilməmiş binadakı mənzilləri heç bir qeydiyyat aparmadan qabaqcadan ödəniş müqabilində qeyri-müəyyən məzmunlu müqavilə əsasında satır. Bu əsnada mənzil sahibləri qanuna zidd olaraq heç kooperativin üzvü kimi də rəsmiləşdirilmir. Buna görə həm bir mənzilin bir neçə şəxsə satılması, həm də tikinti müddətini illərlə uzatmaq riskləri aktual olaraq qalır. O cümlədən köhnə binaların sökülüb yerində yeni binaların tikildiyi halda”. 

Vəkil əlavə edib ki, bu risklərin reallaşması ilə tez-tez qarşılaşırıq:

"İnsanlar pul ödəyir, amma yekunda əmlakı əldə edə bilmir və pulu batır. Tikinti şirkəti tikintini illərlə uzadır. Hətta yekunda hər şey yaxşı bitəndə belə vətəndaş əldə etdiyi mənzildə sürprizlərlə (sahə və keyfiyyət fərliqidir və s. və i.a.) üzləşir. Tam özbaşınalıqdır! Göstərilən səbəblərə görə Azərbaycanda tikilən binada "kupça”sız mənzil almaq çox təhlükəlidir. Mən heç kəsə bunu tövsiyə etmirəm! Təəssüf ki, dövlətimiz qanununa sahib çıxmır. Tikinti mafiyası meydanda at oynadır. Heç bir işgüzar tarixçəsi, vəsaiti olmayan tikinti şirkətlərinə lisenziya verilir. Onlara fiktiv direktorlar rəhbərlik edir (sabah problem olanda da cinayət məsuliyyətinə tikinti şirkətinin əsl sahibləri deyil, həmin fiktiv direktor cəlb olunur)”.
Nə etmək lazımdır? 

Əkrəm Həsənov tikinti şirkətlərinə dair tələblərin sərtləşdirilməsini təklif edib:

"Onların öz kapitalı olmalıdır. Azı 10 mln. manat. Direktorları da attestasiyadan keçməlidir. Tikintinin aparıldığı torpaq sahəsi mülkiyyətdə olmalıdır (burada dövlət də özəlləşdirmədən qazanc əldə edəcək). Bundan sonra da tikinti 4 il əvvəl qəbul edilmiş qanuna uyğun olaraq aparılmalıdır. Belə olmadığı təqdirdə, tikilən binalarda mənzil almayın! Aldanmayın! Korrupsiya sxemlərinə dəstək olmayın”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin