BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
19381

Son günlər şəhərin müxtəlif ərazilərində “BakıKart” aparatları sökülür. Aparatların sökülməsi səbəbindən saytımıza müxtəlif şikayətlər də daxil olur.

Valyuta.Az xəbər verir ki, məsələni araşdırmaq üçün yenisabah-ın əməkdaşı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb. O, açıqlamasında “BakıKart” balansını artırmaq üçün imkanların daha da genişləndirildiyini bildirib:

“Bakı şəhərində “BakıKart”ın balansını artırmaq üçün daha geniş imkanlar yaradılıb. “BakıKart” aparatları əvvəllər yalnız dayanacaq məntəqələrində idisə, indi sərnişinlərimiz bütün marketlərdə digər ödənişlərini edərkən “BakıKart”larının balansını da artıra bilərlər.

Bütün “MilliÖn” terminalları “BakıKart” ödənişlərini qəbul edir.

Bir daha elan etmək istəyirəm ki, əvvəllər sərnişinlərin yalnız avtobus dayanacaq məntəqəsində 250-ə yaxın ödəmə terminalından balans artırma imkanı var idisə, hansı ki, bu da məhdud hesab edilirdi, bu gün 1400-dən çox “MilliÖn”-ə məxsus olan ödəmə terminalında bu imkan yaradılıb.

Bakı şəhərinin bütün inzibati ərazilərində ən xırda məhəllə marketlərində belə “MilliÖn” terminalları mövcuddur.

“MilliÖn” terminalı vasitəsi ilə nəqliyyat xidmətləri hissəsinə daxil olub, “BakıKart” xidmətini seçib ödənişlərinizi edə bilərsiniz”.

Mais Ağayev aparatların yenidən bərpasına da aydınlıq gətirib:

“Dayanacaqlarda mövcud olan “BakıKart” aparatlarının yenidən quraşdırılması provayderin özündən asılıdır. Hazırda sərnişinlərin kart balansını artırma imkanları əvvəlki vaxtlarla müqayisədə daha genişdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA

​Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? - QİYMƏTLƏR

Tərzi ilə modanı dəyişən evsiz Slavikin dəb hekayəsi

İran Birjası fəaliyyətini dayandırıb

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - AÇIQLAMA

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

Milyarderlər arasında SORĞU - Bu əşyadan imtina edə bilmirlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

İsveçdə dollar milyonçularının sayı azalıb

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Aylıq 5 000 manat icarə gəliri olan coffeeshop satılır - QİYMƏT

"Solana"nın qiyməti artarkən, "Dogecoin" dəyər itirir

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin