Çin bu tədbirdən 50 milyard dollar qazanacaq
Fevralın 4-20 tarixlərində Çində keçiriləcək Qış Olimpiya Oyunları iqtisadi ölçüsü ilə də diqqət çəkir. Olimpiadanın təsiri ilə ölkənin qış idman növləri ilə maraqlanan 300 milyondan çox turisti qəbul edəcəyi gözlənilir. Ölkə qış turizmindən 50 milyard dollardan çox gəlir gözləyir.
Beynəlxalq Olimpiya Komitəsinin hesabatına görə, Çinin Qış Olimpiya Oyunları üçün əməliyyat xərcləri 1,56 milyard dollar olacaq. "Bloomberg”in məlumatına görə, bu büdcədəki 1,51 milyard dollarlıq əsaslı xərclərin 65 faizi özəl sektor, qalan hissəsi isə müxtəlif dövlət qurumlarının resursları hesabına maliyyələşdirilib.
İnvestisiyalar qarşısında ölkənin gəlir gözləntiləri yüksək səviyyədədir. Oyunların kassa gəlirlərinin 118 milyon dollara çatacağı gözlənildiyi halda, idman turizminin bütün mövsümdə 50 milyard dollardan çox gəlir gətirəcəyi proqnozlaşdırılır. //Sfera
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay