
04.02.2022 / 12:32
Mark Zukerberq bir günə 29 mlrd. dollar itirib
19349
"Facebook"un ("Meta Platforms"un törəmə şirkəti) qurucusu Mark Zukerberqin sərvəti ötən gün 29 mlrd. ABŞ dolları məbləğində azalıb.
"Meta Platforms"un səhmlərinin 26% ucuzlaşması (ABŞ şirkətləri tarixində bazar dəyərinin ən böyük günlük azalma) şirkətin bazar kapitalizasiyasını 200 mlrd. dollar azaldıb və Mark Zukerberqin sərvətindən 29 mlrd. silib. "Forbes"a görə, hazırda M. Zukerberqin sərvəti 84,9 mlrd. dollara bərabərdir.
"Amazon" korporasiyasının rəhbəri Ceff Bezos isə əksinə, "Amazon"un ötən ilin IV rübündə xalis mənfəətinin iki dəfə artaraq 14,3 mlrd. dollara çatması fonunda sərvətini ötən il 57% artırıb və 177 mlrd. dollara çatdırıb. Hazırda Bezosun sərvəti bir qədər azalaraq 164,8 mlrd. dollara enib.//APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay