BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
19330

Avropa ölkələri, ABŞ və Rusiyadan fərqli olaraq, ərəb ölkələrində azərbaycanlı iş adamları barmaqla sayılacaq qədərdir. Haqqında söz açacağım soydaşımız həmin nadir biznesmenlərdən biri olmaqla yanaşı, həm də Şimali Afrika və Yaxın Şərqin ən böyük və strateji əhəmiyyətə malik ölkəsi olan Misirin tanınmış sənayeçisidir. Söhbət Azərbaycan Sahibkarlar Konfederasiyasının Misir, Səudiyyə Ərəbistanı və Sudan üzrə təmsilçisi, bir neçə şirkətin təsisçisi və direktoru Ceyhun Xəlilovdan gedir.

Niyyətin hara, mənzilin ora...Bu deyimi çox eşitmişik. İnsan öz taleyini, bəzən isə ikinci vətənini uşaqlıq illərində seçir. Ceyhun Xəlilovun da ərəb ölkələrində yaşamaq arzusu onun gələcək taleyini müəyyən edib. Bakıda dünyaya gələn soydaşımız Bakı İslam Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olur və ərəb dilini yüksək səviyyədə öyrəndikdən sonra - 2006-cı ildə Misirə yollanır.

İş adamı AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində həmin illəri yada salır: “Qahirədə məşhur Əl-Əzhər Universitetində dilçilik və tərcümə ixtisasları üzrə təhsil aldım. Bu, mənim gələcək karyeramda mühüm rol oynadı. Hələ tələbə ikən Misirə gələn əcnəbilər üçün tərcüməçilik etdim və biznes sahəsinə gəlişim də aldığım biliklərin sayəsində oldu. Sonralar Misirdə fəaliyyət göstərən EDA Universitetinin Xarici Ticarət fakültəsini də bitirdim. 2011-ci ildə hazırda İdarə Heyətinin üzvü olduğum “Red Line Shipping” şirkətində işə başladım və paralel olaraq, “Egypt Azerbaijan Export”; “Bazaar Stone” və “Elite Trading” şirkətlərini təsis etdim”.

Qardaş Türkiyə, həmçinin Rusiya, Livan, Liviya və digər ölkələrin iş adamları ilə sıx əməkdaşlıq edən soydaşımız əlavə edir: “Misirin strateji coğrafi mövqeyi bizneslə məşğul olmaq üçün olduqca əlverişlidir. Aralıq dənizi limanları və Süveyş kanalı ən mühüm qlobal ticarət marşrutlarından sayılır. Bu münbit biznes mühiti diqqətimi cəlb etdi və ilk vaxtlar misirli iş adamı ilə açdığım müəssisəni böyüdə bildim. İndi Türkiyənin inşaat sektoruna ixrac edilən daşın 60 faizi mənim şirkətimin payına düşür. Mədən avadanlıqlarının idxal-ixrac əməliyyatlarını həyata keçirdim və qısa müddətdə ticarətlə yanaşı, istehsalı da təmin edə bildim. İndi rəhbəri olduğum “Bazaar Stone” şirkəti Türkiyə, Fransa, Rusiya, Tunis, Əlcəzair, Sudan, Kanada, Amerika, Belçika, Almaniya, Azərbaycan və sair ölkələrə məhsul ixrac edir. Bütün bunlardan sonra Misirdə tikinti sahəsində dövlət və fərdi sifarişləri yerinə yetirən “Horaizon” inşaat şirkətini təsis etdim”.

Ceyhun Xəlilovun biznes fəaliyyətində daha çox, diqqətimi cəlb edən onun öz işçiləri arasında böyük nüfuzu oldu. Bu insanların arasında suriyalı, misirli, livanlı, sudanlı mütəxəssislər var. Soydaşımızın ətrafında olan bu insanların çoxu inşaat və dağ-mədən mütəxəssisləridir. Məsələn, misirli Məhəmməd Əbdülkərim uzun illər Səudiyyə Ərəbistanının Ciddə şəhərində çalışıb və böyük təcrübəyə malikdir. O, tez-tez təkrar edir: “Boş vaxtım olanda Azərbaycan dilini öyrənmək istəyirəm. Bilirəm ki, sizin diliniz türkcə ilə demək olar ki, eynidir. Demək, Türkiyə iş adamları ilə ünsiyyətdə də dadıma çatacaq. Bir də, Azərbaycana səfər etmək arzusundayam və bunu ən yaxın vaxtda həyata keçirəcəyəm”.

Müxtəlif ərəb ölkələrindən olan bu insanlara Azərbaycanı tanıdan da Ceyhun Xəlilovdur. Özü dörd dildə mükəmməl danışan soydaşımızın dörd övladı da bu dillərə yiyələnir. Ən balacası cəmi 7 yaşında olan bu uşaqlar ana dilində səlis danışa bilirlər. İş adamı Azərbaycanın Misirdəki diaspor təşkilatının da sədr müavinidir, ölkəmizlə bağlı tədbirlərin ən fəal iştirakçılarından biridir.

Gələcək planlarından danışan soydaşımız deyir: “Azərbaycanla bağlı biznes-layihələrim var. Ölkəmizdə də iş qurmaq istəyirəm və düşünürəm ki, buna nail ola biləcəyəm. Vurğulamaq istəyirəm ki, vətənimin maraqları mənim üçün hər şeydən üstündür. Azərbaycanlı iş adamlarını da misirli həmkarları ilə birgə fəaliyyətə dəvət edirəm. Burada keyfiyyətli məhsullar çoxdur və onların ticarətini, həmçinin birgə istehsalını təşkil etmək olar. Misir hökuməti əcnəbi iş adamlarının ölkəyə gəlməsinə böyük əhəmiyyət verir, hətta tanışlıq məqsədilə gələn biznesmenlərin bütün xərclərini ödəyir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin