Nazir Macarıstan şirkətlərini Qarabağa çağırdı
"Azərbaycan və Macarıstan strateji tərəfdaşdır".
Vayuta.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın iclasında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, iki ölkə arasında iqtisadi və ticari münasibətlər təşəkkür tapıb: "Macarıstan Azərbaycana fəal investisiya yatıran ölkələrdən biridir. Əməkdaşlığın bir çox istiqamətləri var. Azərbaycan Macarıstanın obyektiv dost münasibətləri mövcuddur".
S.Babayev Macarıstan şirkətlərini işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərində iştiraka səsləyib: "Ölkəmiz həmin ərazilərdə bərpa işlərinə çox diqqət göstərir. Bu sahədə əməkdaşlığımız yaxşı təməl yarada bilər. Bu il ərzində çox güman ki, bir çox məcburi köçkünlər öz doğma yurdlarına qayıda biləcəklər".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay