Azərbaycanda daha 54 dövlət əmlakı hərraca çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fevralın 22-də hərrac keçirəcək. Hərracda iştirakçılara 54 dövlət əmlakı təklif ediləcək.
Bu barədə Valyuta.az-aa Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, bunlardan 6-sı səhmdar cəmiyyətlərin səhm paketi, 17-si kiçik dövlət müəssisə və obyekti, 2-si yarımçıq tikili, 29-u isə nəqliyyat vasitəsidir.
Budəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı, təmir və digər sahələrə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 %-ini təşkil edir.
Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılacaq. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya, Avropa, Yaponiya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1970-2009-cu illər arasında dəyişir.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay