BƏƏ şirkətləri vergiyə cəlb etməyə hazırlaşır
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) müəyyən məbləğdən yuxarı mənfəət əldə edən şirkətləri vergiyə cəlb etməyə hazırlaşır. Vergi məsələsinin uzun müddətdir müzakirə olunduğu ölkədə yeni qanunun 2023-cü ilin iyun ayından sonra qüvvəyə minməsi gözlənilir.
Marja xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2023-cü ilin iyun ayından qüvvəyə minəcək vergi qanunu təqdim etməyə hazırlaşır.
Rəsmi xəbər agentliyinin məlumatına görə, mənfəət vergisi bütün şirkətlərə və kommersiya fəaliyyətlərinə şamil ediləcək, lakin təbii sərvətlərin çıxarılması sahəsindəki şirkətlər bu vergidən azad ediləcək. Bu sektorda fəaliyyət göstərən şirkətlər və kommersiya fəaliyyətləri Əmirin müəyyən edilmiş dərəcə ilə vergiyə cəlb olunacaqlar.
BƏƏ kiçik şirkətləri və startapları dəstəkləmək üçün gəliri 375 min dirhəmə qədər olan şirkətlərə vergi qoymayacaq. Bu məbləğdən yuxarı olan şirkətlər üçün vergi dərəcəsi 9 faiz olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay