Statistika
28.01.2022 / 12:03
Xarici ticarət dövriyyəsinin müsbət saldosu 4 dəfə artıb
19132
2021-ci ildə Azərbaycan xarici ölkələrlə 33,912 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Valyuta.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 38,6 % çoxdur.
Ötən il xarici ticarət dövriyyəsinin 22,207 milyard ABŞ dolları ixracın, 11,706 milyard ABŞ dolları isə idxalın payına düşüb. Əvvəlki ilə nisbətən ixrac 61,6 %, idxal isə 9,1 % artıb.
Son nəticədə xarici ticarətdə 10,501 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,5 dəfə çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay