Bayden Ukraynada barışıq üçün Normand formatı səylərini dəstəkləyib
ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Normand formatı qrupu üzvlərinin Ukraynanın şərqindəki münaqişənin həlli istiqamətində səylərini dəstəkləyib.
“Report” xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
“Prezident Bayden ABŞ-ın münaqişənin (Ukraynada) Normand formatında həlli səylərinə dəstəyini bildirərək, yanvarın 26-da təmislçilər tərəfindən 2020-ci il iyulun 26-da atəşkəs şərtlərinin yenidən təsdiqlənməsinin gərginliyin azaldılmasına və Minsk razılaşmalarının yerinə yetirilməsinin irəliləyişə kömək edəcəyinə ümidini ifadə edib”, - bəyanatda deyilir.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Cozef Baydenlə telefonla diplomatik gərginliyin azaldılması səyləri və birgə tədbirlər, habelə Ukraynaya maliyyə dəstəyi imkanlarını müzakirə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay