Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
28 Yanvar 2022-ci il tarixində Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin ilk faiz qərarını açıqlayacaqdır.
Marja-nın məlumatına görə, faiz dəhlizinin parametrlərinin saat 12:00 radələrində ictimaiyyətə elan ediləcəyi gözlənilir. Faiz qərarından sonra Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərin suallarını cavablandıracaqdır.
Mərkəzi Bank 2021-ci ilin son 3 iclasında faiz artırmışdır. Belə ki, Mərkəzi Bankın İdarə Heyəti Sentyabr ayında uçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul etmişdi.
Mərkəzi Bank 29 Oktyabr 2021-ci il tarixində 0,50 bənd faiz artırmışdı. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti, uçot dərəcəsinin 6.50%-dən 7%-ə artırılması, dəhlizin aşağı həddinin 6%, yuxarı həddinin 8% səviyyəsində müəyyən edilməsi barədə qərar qəbul etmişdi.
17 Dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7%-dən 7.25%-ə qaldırılmışdı. Faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8.25% səviyyəsində müəyyən edilmişdi.
İnflyasiyanın sürətlənməsi Mərkəzi Bankı faiz artırmağa məcbur edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay