Yaxın günlərdə "Aztelekom"la "Baktelecom" birləşdiriləcək
Yaxın günlərdə iki dövlət rabitə operatoru "Aztelekom"la "Baktelecom" birləşdiriləcək.
Bu barədə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" adlı seminarda çıxış edərkən deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə hüquqi prosedurlar yerinə yetirilir.
"Ötən il ərzində biz "Azərmarka" şirkətini ləğv edib "Azərpoçt"a birləşdirdik. Hesab edirik ki, sinerjinin və konsolidasiyanın olması onların hər ikisinin daha səmərəli şəkildə fəaliyyət göstərməsinə imkan verəcək. Ötən ilin son günlərində isə biz Məlumat Hesablama Mərkəzi ilə "Azintelekom"un birləşdirilməsinin şahidi olduq. Bu birləşdirilmələrin məntiqi əsasları var. Çünki oxşar və yaxın funksiyaların, bəzən isə tamamlayıcı funksiyalar yerinə yetirən qurumların bir qurum altında birgə fəaliyyət göstərməsi ona əlavə güc verə bilər",- deyə R. Rüstəmov qeyd edib. //APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay