BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
19089

"Unibank” KB ASC 2021-ci il üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 dekabr 2021-ci il tarixinə Bankın əməliyyat mənfəəti 22 milyon manat təşkil edib. İl ərzində qazanılmış faiz gəlirləri 121 milyon manatı ötüb, qeyri-faiz gəlirləri isə 40 milyon manata çatıb. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 29%, faiz gəlirləri isə 38% artıb.

Valyuta.Az xbər verir ki, Unibank KB ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov 2021-ci ilin Bank üçün yaddaqalan illərdən biri olduğunu bildirib: "Pandemiya və müharibə sonrası ölkəmizdə biznesin yenidən hərəkətlənmə və inkişaf ili kimi yadda qalan 2021-ci il Unibank üçün də uğurlu və artımlı il oldu. Bankın tarixində ilk dəfə aktivlərin həcmi 1 milyard manatı ötdü. Vacib maliyyə göstəricilərinin nəzərəçarpan artımı ilə yanaşı, Bank üçün çox əhəmiyyətli bir proses- kapitallaşma da uğurla başa çatdırıldı. İki komponentdən ibarət kapitallaşma prosesinin yekunlaşması ilə ötən ilin sonunda "Unibank”ın məcmu kapitalı 30 milyon manat artdı. Ötən il Bankımız üçün böyük daxili strateji layihələrin həyata keçirilməsi ilə də yadda qaldı. 2021-ci ilin ən mühüm layihələrindən biri də Bankın rəqəmsal məhsulu olan "Leobank”ın tətbiqinə başlanılması oldu. Biz 30 illik yubiley tariximizin qeyd olunacağı 2022-ci ilin də Bank üçün nailiyyətlər ili olacağına inanırıq”.

Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, ilin sonuna "Unibank”ın aktivlərinın həcmində 27% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 1 milyard 40 milyon manat təşkil edib. Hesabat dövrünün sonuna bankın xalis mənfəəti 4,7 milyon manat təşkil edib. Kapitallaşma proqramının uğurla başa çatdırılmasının nəticəsi olaraq, Bankın məcmu kapitalı 106 milyon manata çatıb.

2021-ci il ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. 2021-ci ilin əvvəli ilə müqayisədə ilin sonunda "Unibank”ın ümumi kredit portfelinin həcmi 30% artıb.

Hər zaman olduğu kimi ötən il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi bu ilin əvvəlindən 40% artıb. İl ərzində biznes sektoruna ayrılmış kreditlərin məbləği 37 milyon manat təşkil edib. Təkcə dövlət fondları hesabına maliyyələşən kreditlərin həcmi 2020-ci illə müqayisədə 26% artaraq 21 milyon manat olub.

Ötən il ərzində "Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Müddətli depozitlər il ərzində 125 mln manat artaraq, 31 dekabr 2021-ci il tarixinə 459 milyon manat təşkil edib.
Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu sahəyə öz töhfəsini verib. 2021-ci il ərzində dövriyyədə olan plastik kartların sayı
nəzərəçarpacaq dərəcədə artıb. 2020-ci ilin sonu ilə müqayisədə ötən ilin sonunda təkcə Visa və Mastercard debet kartları 2 dəfə artaraq 553 mini keçib.

Ölkə əhalisinə məsafədən bank xidmətinin göstərilməsini daha da zəruri edən bir dövrdə "Unibank”ın UBank tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır. İlin sonunda UBank mobil əlavəsinin istifadəçi sayı 1,3 milyonu keçib. 2020-ci illə müqayisədə ötən il mobil tətbiq vasitəsilə aparılan kartla əməliyyatların sayı 58%, həcmi isə 2 dəfə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

Azərbaycanda gələn il dövlət investisiya hesabına 169 yeni layihə maliyyələşdiriləcək

Fərdi sahibkar FHN-nin yarım milyonluq tenderinin qalibi seçilib

Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin