Azərbaycanda bank sədri: "Hər ay 5000 sahibkara kredit veririk"
"AccessBank"ın idarə heyətinin sədri Davit Tsiklauri 2021-ci ilin yekunları ilə bağlı bankın maliyyə nəticələrini şərh edib: «Bankın 2021-ci il üçün əsas vəzifəsi kredit portfelini artırmaq idi ki, biz bu məqsədimizə uğurla nail olduq".
Valyuta.Az xəbər verir ki, bank sədri biznes sektoruna aktiv şəkildə kredit ayrıldığını bildirib: «AccessBank hər ay 5000-ə yaxın sahibkara kredit verir ki, bu da mikro və kiçik biznesə dəstəyimizin bariz nümunəsidir. Depozit portfeli, likvidlik və ümumi əməliyyat göstəricilərimiz stabil müsbət tendensiya nümayiş edir. Əminik ki, pandemiyanın yaratdığı neqativ hallar geridə qalıb və bank bundan sonra da biznesə fəal şəkildə kredit verməyə və təklif etdiyi xidmətlərin çeşidlərini təkmilləşdirməyə davam edəcək".
Xatırladaq ki, 2021-ci ildə bankın ümumi portfeli 130 milyon artaraq 632.5 milyon təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.8% çoxdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay